Cahil insanların çətinliklər qarşısında davranışları

Şərtlər nə olur-olsun, müsəlmanların əxlaqında dəyişiklik olmadığını əvvəlki hissələrdə görmüşdük. İman etməyənlər və ya ürəklərində xəstəlik olanlar isə çətin anlarda əzmli olmurlar. Səbirlərinin tükəndiyi bir nöqtə mütləq vardır. Buna görə də çətinlik və sıxıntı ilə qarşılaşdıqda gərginlik keçirirlər. Bu gərginlik bəzən kiçik bir hadisə ilə özünü büruzə verir; qəzəblənirlər, qışqırırlar, dalaşırlar, təhqir edirlər, şiddət  göstərirlər… Gündəlik həyatda şən, gülərüz, rahat olan insanlar çətinlik anlarında sanki xarakter dəyişdirirlər. O insanın yerinə tərs,  kobud insan gəlir. Müsəlman doğrunu və gözəli səbirlə izah etdiyi halda, cahil insanlar izah etmək yerinə hücum edirlər. Bu, cahiliyyənin gerçək üzü, gerçək xarakteridir.

İşdən çıxarılmaq, xəstəlik, qəza, fəlakət, müflisləşmək kimi çətinliklər bu xarakter dəyişikliyinə səbəb ola bilər.  Bu xarakterə məxsus insanların rahatlığı hər hansı bir səbəblə itərsə, dərhal əhvalları pozular və ümidsizliyə düşərlər. Allah Quranda çətinliklə qarşılaşdıqda nankorluq edənləri belə xəbər verir:

İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər. Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı!” – söyləyər. (Fəcr surəsi 15-16)

Allah dindən uzaq olan insanları da bəzən nemətlər verərək, bəzən də bu nemətlərdən azaldaraq sınayır. Müsəlmanlar bu vəziyyətdə mütləq təvəküllü və şükürlü davrandıqları halda, inkarçılar  Allah`a qarşı nankorluq edirlər. Bu insanlar dünyada imtahan edildiklərinin şüurunda olmurlar və buna görə də həm dünyada, həm də axirətdə itkiyə məruz qalırlar.

İnkarçılar  çətinliklə qarşılaşdıqda kədərlənirlər. Çətinliklərə dözə bilməyib ya intihar edir, ya da içki və narkotik vasitələrdən istifadə edərək depressiyaya düşürlər. Lakin heç biri bu çətinliklərin səbəbini düşünmür. Halbuki, Allah`ın inkar edənlərə bu çətinlik və əziyyətləri verməsinin bir hikməti də insanların “… Biz onları əzabla yaxaladıq ki, bəlkə, qayıdalar. (Zuxruf surəsi 48)” ayəsində də bildirildiyi kimi, doğru yola yönəlmələri, yəni tövbə edib iman etmələridir. Lakin bu çətinlik və sıxıntılar çox vaxt bu inkarçıların qəlblərinin sərtləşməsi və inkarlarının daha da artması ilə nəticələnir:

Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar.  (Ənam surəsi 43-44)