İmtahan son ana qədər davam edir

İnsanın dünya həyatındakı imtahanı həyatının son anına qədər davam edir. Əgər insan 75 il yaşasa, 75-ci ilin ən son günündə belə, Allah`a qarşı olan məsuliyyəti davam edir, Allah tərəfindən imtahan edilir və öyrədilir. Buna görə də həyatının hər anında Allah`ın hökmlərinə tabe olmalı, ibadətlərini yerinə yetirməli, Onu xatırlayaraq razılığını axtarmalıdır.

Və bu həqiqət çox əhəmiyyətli bir nəticəyə də səbəb olur: əgər insan bu son günündə, hətta son anında belə yolundan dönsə, Allah`a qarşı nankorluq etsə, imtahanı itirər və bütün dünya həyatı puç ola bilər. Bütün həyatını Allah`ın razılığına uyğun olaraq yaşasa belə, son andakı  üsyan, bütün əməklərini puç edə bilər.

Bütün  müsəlmanlar bu mövzuda diqqətli olmalıdırlar. Çünki insanın ən böyük düşməni olan şeytan insanı son nəfəsinə qədər azdırmağa cəhd edir. Müxtəlif üsullardan istifadə edib insanları Allah`a qarşı üsyan etdirməyə çalışar. Son an da şeytanın insanı azdırmaq üçün çalışdığı zamandır. “Mən onsuz da Allah`a iman edirəm, Onun razılığı üçün bu qədər iş gördüm, artıq qurtuldum”, -deyən insan  qəflətə düşmüşdür. Çünki ayələrdə insanın son ana qədər həmişə qorxu və ümid içində dua etməli olduğu (Səcdə surəsi 16) bildirilir və hər müsəlman Allah`ın aşağıdakı əmri üzərində düşünməyə dəvət edilir:

 Ey iman gətirənlər! Allah`dan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün! (Ali-İmran surəsi 102)