Taleyə təslimiyyət

Dünyadakı imtahan mühitinin  bir sirri daha vardır. Bu sirri bilən möminlər qarşılaşdıqları çətinliklərə böyük  şövq və sevinclə səbir göstərirlər. Bu sirdə qədər gerçəyi vardır. Müsəlman Allah`ın hər şeyi qədərlə yaratdığını və başına gələnlərin sadəcə Allah`ın diləməsi ilə reallaşdığını bilir. İnsanların həyatını bütün təfərrüatı ilə yaradan Allah`dır. “Ənam” surəsində yer üzündə meydana gələn  bütün hadisələrin Allah`ın diləməsi ilə reallaşdığı bu şəkildə ifadə edilir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın yazıda  olmasın. (Ənam surəsi 59)

İnsan zamana bağlı olaraq yaşayan və hadisələri yaşadığı andan baxaraq qiymətləndirə bilən varlıqdır. İnsan gələcəyi bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki  hikmətləri, gözəllikləri və xeyirləri də görməyə bilər. Lakin zamandan münəzzəh olan və zamanı yaradan Allah zamandan asılı olan bütün varlıqların həyatını zamanın xaricindən görüb bilir. Burada qarşımıza çıxan qədər gerçəyidir. Qədər Allah`ın keçmiş və gələcək bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni nəticəsi bilinməyən hadisələr sadəcə bizim üçün naməlumdur. Allah bizim bilmədiyimiz bu hadisələrin hamısını bilir. (Ətraflı məlumat üçün baxın: “Zamansızlıq və qədər gerçəyi”, Harun Yəhya, Vural Nəşriyyat)

Buna görə də insanın imtahanı, əslində, başı və sonu müəyyən olan imtahandır. Keçmiş, gələcək və içində yaşadığımız an Allah qatında birdir; hamısı olub bitmişdir. Biz isə bu hadisələri ancaq zamanı gələndə yaşayaraq öyrənirik.

Həmin bu qədər elmi inkarçıların bilmədiyi üstün elmdir. Müsəlmanların  bütün çətinliklərə, sınaqlara səbir etmələrinə vəsilə olan da bu elmdir. İman edənlər “Allah`ın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allah`a iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir. (Təğabun surəsi 11)” ayəsində də bildirildiyi kimi, başlarına gələn hər şeyin qədərlə reallaşdığını bilməyin rahatlığını və dincliyini yaşayırlar.

Möminlərin imtahanı Allah`ın rəhməti olaraq çox asan yaradılmışdır. Lakin bu asanlıq sadəcə səmimi iman edən və qədərə təvəkkül edənlər üçündür. İman edən, səmimiyyətlə Allah`a təslim olan müsəlman qarşılaşdığı hər görüntünün davamlı olaraq dəyişməsini ibrətlə, həyəcanla, şükürlə, təfəkkürlə izləyir. Bir filmə tamaşa edən insan kimi, rahatlıq içində onun üçün hazırlanan qədəri güvən və sevinclə izləyir. Bəzən hərəkətli, bəzən qorxunc, bəzən nəfsə xoş gələn, bəzən sakit  olan bu görüntülərin hamısında iman zövqü, iman həyəcanı vardır. Qorxunc görüntülər xüsusi hazırlanıb planlaşdırılmışdır. Amma nəticə etibarilə bunların hamısı Allah`ın məlumatında və Onun idarəsindədir.

Tale gerçəyini bilən, imtahanın bu sirrini qavrayan müsəlman başına gələn hər cür müsibəti, aclığı və yaxud kasıblığı gözəllik olaraq görür və bunlardan çox  zövq alır. Çünki bu sınaqlar qarşısında göstərdiyi gözəl əxlaqın Allah qatında çox qiymətli olduğunu bilir. Bu, möminlərə xas zövqdür. Müsəlmanlar belə çətinliklər qarşısında hüzn-kədər, stress, qorxu kimi duyğular yaşamazlar. Çünki Allah`ın xeyir, yaxud şər olaraq görünən bütün hadisələri müsəlmanların xeyrinə yaratdığını bilirlər. Allah ayədə möminlərə “…Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!  (Nisa surəsi 141)” -deyə bildirmişdir.

Lakin burada doğru qavramalı olduğumuz bir nöqtə vardır: möminlər dünyada hər cür çətinlik və sıxıntı ilə qarşılaşa bilər, mallarını itirə bilər, fiziki olaraq zəifləyə bilər, xəstələnə bilər, yaralana bilər, ölə bilər və ya öldürülə bilərlər. Ancaq bunların heç biri müsəlmanlar üçün şər deyildir. Allah bunlarla iman edən qullarını sınaqdan keçirir və göstərdikləri səbrin qarşılığını da həm dünyada, həm də axirətdə qat-qat verir. Müsəlmanlar bu qısa imtahan nəticəsində sonsuz cənnət həyatı ilə mükafatlandırılırlar.

Bu əhəmiyyətli həqiqətin şüurunda olan müsəlmanlar  çətinliklərlə qarşılaşdıqda şövqlənirlər. Möminlərin bu şövqü inkar edənlərin qurduğu tələləri təsirsiz hala salan və müvəffəqiyyətli olmalarına mane olan xüsusi haldır. İnkarçılar möminləri çətin vəziyyətdə qoyduqlarını zənn etdiyi anlarda onlardakı bu sevinc və şövqü görərək onlara əsla zərər verə bilməyəcəklərini də anlayırlar. Üstəlik, müsəlmanların çətinlik anlarındakı davranışları da onların yaşadığı təslimiyyəti və təvəkkülü inkarçılara göstərir. Quranda möminlərin çətinlik qarşısında dedikləri belə bildirilmişdir:

(Allah) bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allah`a təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allah təvəkkül etsinlər”. Kafir olanlar öz elçilərinə dedilər: “Sizi ya öz torpağımızdan qovacağıq, ya da mütləq dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”.   (İbrahim surəsi 12-14)

De: “Allah`ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allah`a təvəkkül etsinlər!” 
(Tövbə surəsi 51)

Şübhəsiz ki, bütün bunlar müsəlmanların Allah`ın yaratdığı qədərə olan təslimiyyətlərinin nəticələridir. Allah`a  güvənən insan heç bir qorxu və kədər yaşamaz. Həqiqətən də: “Rəbbimiz Allah`dır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.  (Əhqaf surəsi 13)

Xeyr! Kim yaxşı işlər görüb Allah`a təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. 
(Bəqərə surəsi 112)

Şübhəsiz ki, Allah`ın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və (Allah`dan) qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allah`ın kəlmələri əsla dəyişməz. Bu, böyük uğurdur.   (Yunis surəsi 62-64)

Allah başqa ayələrində də Özünə inanan və təslim olan qullarının ən möhkəm dəstəkdən yapışdıqlarını bildirmişdir:

Yaxşı əməl sahibi olub özünü Allah`a təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allah`a qayıdır. (Loğman surəsi 22)

Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allah`a iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah eşidəndir, biləndir. (Bəqərə surəsi 256)

 

“QƏDƏR İLƏ BAĞLI ƏHƏMİYYƏTLİ MƏLUMATLAR: HƏR ŞEY ALLAH QATINDA OLUB BİTMİŞDİR”
ADNAN OKTAR: Qədər budur, sonsuz qısa zaman vardır, buna an deyilir. Məsələn, saniyənin milyonda biri zamandır, trilyonda biri zamandır. Lakin Allah sonsuz qısa olan zamanda sonsuz əvvəli və sonsuz sonranı yaradıb bitirmişdir.  Biz zər aləmində Allah`a söz verərkən eyni anda həm də dünyada cəhd edirdik. Yəni söz verdiyimiz anda, eyni anda dünyada idik, eyni anda da axirətdəyik. Yəni bir blok pərdə var. Biz bunun içindəyik. Hamısını edib bitirdik. Məsələn, bir yerdə zər aləmində Allah`a söz veririk, bir yerdə hz.Adəmin (əs) palçığı yoğurulur, bir yerdə insanlar cənnətdə, bir yerdə cəhənnəmdə, bu şəkildədir... Baxın, elə düşünürlər ki, Allah bizim nə edəcəyimizi öncədən bilmir və bizi sınayır. Baxaq görək, nə edəcək kimi, haşa. Bu, Allah`ın İlahlıq vəsfinə uyğun olmaz, Allah`lıq vəsfinə uyğun olmaz, belə bir şey olmaz...  

Biz yaradılmış varlığıq. Allah bizim nə edəcəyimizi bilir. Deyirlər ki, bizə iki yol göstərdi. Allah da bizi, haşa, izləyir, belə deyirlər. Son anda biz bir qərar veririk, son anda sürpriz edirik, amma Allah bilmir (haşa) və biz sürpriz qərarla irəliləyirik. Qardaş, sənin atanın doğumu Allah qatında bitib, ananın doğumu Allah qatında bitib, babanın babasının doğumu və ölümü bitib və sənin də doğumun, ölümün bitib Allah qatında. Cənnətdəki şəxslərdən bəhs edilir Quranda, cənnət həyatından danışılır. Sən nədən danışırsan? Həyat bitib, çoxdan bitib Allah qatında. Bax, cənnətdə necə yaşadığımızı bildirir bizə. Cəhənnəmdə kafirlərin çəkdiyi əzabı bildirir, necə yaşadıqlarını bildirir. Əbu Ləhəbin zövcəsinin də birlikdə olduğunu, cəhənnəm həyatını. Belə olacağını demir ki, Allah. Yaşantını bildirir, var olan bir şeyi bildirir. Buna görə, ayədə “Allah`ın gücünü, qədrini haqqı ilə təqdir etmədilər” buyurur, cənabi-Allah. Məsələn, dünyanı çox böyük görür bəzi insanlar, bayağı böyük görür. Qardaşım, daha əvvəl də söylədim, bəlkə, biz cənnət yarpaqlarından, cənnət ağaclarından, oradakı bir yarpağın içində kiçik bir su atomunun elektronunun içində yaşayırıq. Sən çox böyük zənn edirsən, amma bütün aləm, kosmos bəlkə də orada. Allah sonsuz aləmlər yaradır, yəni biz o aləmlərdən biriyik. Allah`ın gücünü bəzi insanlar təqdir edə bilmir... (Cənab Adnan Oktarın 23 oktyabr, 2010 tarixli reportajından) 

 

Olub-keçənləri gələcəkdən izləmək
İman edən insanın dünyada imtahan edildiyinin şüurunda olması hadisələri gələcəkdən izləməyin də yolunu açır. Yaxşı, görəsən, olub-keçənləri gələcəkdən izləmək nə deməkdir?

Bir insanın qarşısına nə qədər böyük çətinlik və sıxıntı çıxırsa-çıxsın, bu vəziyyət mütləq keçicidir. Məsələn, insan etmədiyi bir işlə günahlandırılıb haqsızlığa uğraya bilər. Amma həqiqət mütləq ortaya çıxacaq.  Əgər haqsızlığa məruz qalan şəxsin çəkdiyi zərər dünyada sona çatmasa belə, hesab günü ona haqsızlıq edənlər mütləq etdiklərinin qarşılığını görəcəklər. Haqsızlığa uğrayan şəxs də bu vəziyyətə səbir etdiyi üçün hesab günü gözəl qarşılıq ümid edə biləcək. Zaman sürətlə keçir və dünyadakı hər hadisə kimi bu hadisə də göz açıb bağlayana qədər keçib gedəcək. Quranda müsəlmanlar üçün hər çətinliklə bərabər asanlıq yaradılacağı xəbər verilmişdir:

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah surəsi 5-6)

İman edən insan Rəbbimizin sonsuz ədalətinə güvənir, çətinliyin ardınca gələn asanlığı gözləyir və ümidsizliyə qapılmır. Yaşadığı çətinliklərin istər dünyada, istərsə də axirətdə qarşısına gözəllik olaraq çıxacağını unutmur. Bu, insanın olub-keçənləri gələcəkdən izləyə bilməsidir.

Müsəlman qədərin tamaşaçısı olduğunu bilir. Bu sirri qavramağın nəticəsində hər şeyi təvəkkül, təslimiyyət və səbirlə izləyir. Hadisələrin inkişafına müdaxilə etməyin, mane olmağın, yaxud  hadisələrin gedişini dayandırmağın mümkün olmadığının şüurundadır. “…Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə  bilmirsiniz. (Bəqərə surəsi 216)”  ayəsini əsla unutmur.

Allah qullarına əgər iman ediblərsə, başlarına gələn hər müsibətin sonunun mütləq gözəllik və xeyir olacağını müjdələmişdir. Bu müsibətlər möminin özünü tərbiyə etməsinə, imani mövzularda dərinləşməsinə, əxlaqını gözəlləşdirməsinə, kamilləşməsinə və cənnətdəki dərəcəsinin artmasına vəsilədir.

Unutmaq olmaz ki, bu ruhi hal sadəcə Allah`a səmimi olaraq iman edən və qədərə təslim olan insanların yaşaya biləcəyi  haldır. Din əxlaqından uzaq yaşayan insanlar isə qarşılaşdıqları hadisələrdə qədərə təslim olmadıqları üçün ümidsizliyə, qorxuya, həyəcana qapılır və  çıxış yolu tapa bilməyəcəklərini düşünürlər. Axirətə inanmadıqları üçün hər zaman narahatlıq və sıxıntı içində yaşayırlar. Bu insanların  halı ayədə belə bildirilir:

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi 125)

Ayədə bəhs edilən bu ruhi hal bəzi insanların Allah`ın yaratdığı qədərə təslim olmamalarından qaynaqlanan, özlərinə etdikləri zülmdür. Sonsuz ağıl və qüdrət sahibi Allah`ın insanın qədərini istiqamətləndirməsi, hər şeyin hakimi olması iman edən insan üçün çox böyük nemətdir. Ancaq imanı zəif olan və ya iman etməyən insanlar bu nemətin dəyərini bilməzlər. Buna görə də qədərə təslim ola bilməz və həyatı boyu hər an çətinliklə qarşılaşarlar. Əslində, bu vəziyyət təvəkkülsüzlüyün mənəvi cəzası olaraq dünyada verilən qarşılıqlardan biridir. Bu insanlar özləri özlərinə bilərək zülm edirlər:

Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. (Yunis surəsi 44)

 

“ALLAH HƏR ŞEYİ SONSUZ ƏVVƏLDƏ YARADIB BİTİRMİŞDİR. ZAMANLI OLAN BİZİK, BİZ ZAMAN İÇİNDƏ ÖYRƏNİRİK”.
ADNAN OKTAR: Biz, əslində, qədəri çox sadə izah edirik. Baxın, deyirik ki, an deyilən şey sonsuz qısa zamandır, yəni bir saniyənin, məsələn, milyonda biri deyil, trilyonda biri deyil, katrilyonda biri də deyil, Nə qədərdə biridir? Heç bir şeydə biri, yəni ən qısa zaman, ən qısa zaman vahidi. Sonsuz qısa zaman vahidi. Baxın, sonsuz qısa zaman vahidi içində Allah sonsuz əvvəli və sonsuz sonranı yaradıb-bitirdi, hər şey bitmişdir. Budur, biz buna qədər deyirik, yəni zamanın olmamasına.

Zaman sonradan yaradılıb və bizim üçün yaradılıb zaman və məkan. Allah üçün zaman və məkan yoxdur, sonradan yaradıldığına görə; tək bir an içində hamısı olub-bitmişdir. O zaman, onsuz da, məcburi olaraq qədər olur. Yəni cüzi iradə də, külli iradə də, yəni qəza dedikləri hər şeyin hamısı onun içində olub-bitmişdir.  Amma zamanı səlis şəkildə qısa izah etmək yaxşıdır, yəni anlamayanlar üçün xülasəsi budur. Bunu bildikdə insan, onsuz da, qədəri də anlamış olur.

Allah imtahan etdikdən sonra hadisəni anlamaz yəni, bir şeyi təcrübədən sonra anlamaz Allah. Onsuz da, sonsuz əvvəldə Özü yaratmışdır onu və bitmişdir. Onu bizə göstərir Allah, zamana bağlı olan bizik, yəni bizə özümüzün nə olduğunu göstərir. Yoxsa Allah təcrübə etməyə ehtiyacı olan bir Rəbb deyildir. Sonsuz böyükdür Allah, inşaAllah.  

APARICI: Amma tamamilə bizi iradəsiz buraxan bir Yaradıcıdan da söz etmirik, deyilmi?

ADNAN OKTAR: Bizim iradəmiz vardır, amma iradəmizlə etdiyimiz hər şey bizim qədərimizdədir və an içində biz onları edib bitirdik, tək bir an içində. Təbii ki, iradəmiz var, məsələn, baxın, danışırıq, iradəmizlə danışırıq.

Xülasə, uzun-uzadı qədərin izah edilməsinə gərək yoxdur, doğrusu, izah etsək də, müəyyən olmaz.  Amma tək bir anın olduğunun bilinməsi gərəklidir. Tək bir an içində yaradılmışdır. O  zaman hamısını anlamış olurlar, başqa cür, uzun-uzadı oxusa da, səmimi olaraq soruşduqda, həqiqətən, anlamamış olduğunu görürük. “Nə anladın?” –deyirəm, saatlarla oxuduğuna baxmayaraq, yenə bir şey anlamır. Çünki, həqiqətən, mümkün deyil o tərzdə. Ən gözəl anlama şəkli tək bir an içində hər şeyin yaradılıb-bitdiyinin bilinməsidir.  Məsələn, biz indi burada uzun-uzadı danışırıq, lakin hələ sənin atan doğulmamışdan əvvəl, onun babası doğulmamışdan öncə sən burada bunların hamısını danışmışdın. Tək bir an içində olub-bitmişdir. Lakin biz burada öz iradəmizlə danışırıq, məsələn, sən dəftərə yazmısan, suallar verirsən, elə görünür. Yenə başdan dünyaya gəlsən, Allah səni uşaqlığına çevirsə, keçmiş dövrə gəlsən, yenidən dünyaya gəlsən də, eyni sualları soruşarsan. Heç bir fərqi olmaz. (Cənab Adnan Oktarın 29 may, 2010 tarixli reportajından)